“Azərbaycanımıza aydınlıq bəxş edən fədakar ziyalı və zəriflik simvolu-akademik Zərifə Əliyeva”

    SON XƏBƏRLƏR, ÖLKƏ

    16 Aprel 2024 | 13:15

    Azərbaycan səhiyyə elminin inkişafında müstəsna xidmətləri ilə seçilən tanınmış alimlərimizdən biri akademik Zərifə xanım Əliyevadır. Onun oftalmologiya sahəsinə bəxş etdiyi dəyərli elmi töhfələri nəinki ölkəmizdə, bütün SSRİ məkanında bu sahənin inkişafında xüsusi rol oynamışdır. Öz dəst-xətti, novatorluğu ilə seçilən alim Zərifə Əliyeva yüksək fəaliyyəti və misilsiz xidmətləri sayəsində Azərbaycan oftalmologiyasının dünya miqyasında  tanınmasına yol açmışdır.

    Onun çoxşaxəli elmi-tədqiqat işləri bu gün də yüksək ixtisaslı gənc alim kadrların yetişməsində və oftalmoloq-həkimlərin ixtisaslaşmasında öz töhfəsini verir. Göründüyü kimi Zərifə Əliyeva elmin inkişafına xidmət göstərəcək tələbələrinə yol göstərən əbədi bir mayakdır. Azərbaycan Respubliasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır”. Bəli, Azərbaycan məhz bu elitanın-dünya şöhrətli alimlərimiz, ölkənin inkişafında böyük rol oynayan ziyalılarımız sayəsində tanınır, inkişaf edir, gələcək tərəqqiyə doğru irəliləyir. Bu tərəqqinin xidmətkarlarından biri olan Zərifə Əliyeva zəkası, şəfqəti ilə sözün əsl mənasında nur bəxş edən alimlərimizdəndir. Görkəmli oftalmoloq-alim, bu sahənin inkişafı yolunun bənzərsiz izçilərindən biri olmuşdur. Yüksək intellekt sahibi, dəyərli ziyalı, böyük ictimai xadim, ustad həkim, tanınmış alim, akademik Zərifə Əliyevanın zəngin ömür yolunu izlədikcə sözün əsl mənasında göz önündə yüksək mənəvi xüsusiyyətlərin daşıyıcısıali insan təcəssümü canlanır. Lakin onun həyat amalını bununla nəhayətləndirmək əlbəttə ki, kifayət etməz. Zərifə xanımın  simasında  mükəmməl Azərbaycan xanımınınböyük obrazını görür, zərifliklə güclülüyün, fadakarlıqla sədaqətin örnəyinə, qüdrətli ana-qadın  xarakterinə şahidlik edirik. Bəli, Zərifə xanım Ulu Tanrıdan nəsibləndiyiömür yoluna örnək yaşamı ilə sahiblənməyi bacardı. Yaradanın xalqımıza seçilmiş olaraq bəxş etdiyi  Ulu Öndər Heydər Əliyevə vəfalı həyat yoldaşı oldu, tutduğu çətin yolda  hər zaman onungüclü dayağına, sirdaşı və silahdaşına çevrildi. Bu günə qədər Zərifə xanımın yüksək insani keyfiyyətləri haqqında ən gözəl fikirlər söylənilmiş, ən xoş xatirələr paylaşılmışdır.  Ulu Öndər Heydər Əliyev isə Zərifə xanım ömür yolunu və insani keyfiyyətlərini belə dəyərləndirmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

    Zərifə Əliyeva analıq vəzifəsini də heç vaxt unutmadı. Vətən məhəbbəti, vətənpərvərlik duyğuları və ən ali vətəndaşlıq tərbiyəsini mənəvi-dəyərlərlərimizin işığındaana sevgisinin qüdrəti ilə yetişdirdiyi övladına layiqincə ötürməyi bacardı.Bir ananın ən böyük bəxtəvərliyidir  övladlarının xeyir əməllər sahibi olması, xalq tərəfindən sevilməsi, millət yolunda yüksək xidmətləri ilə tanınması. Bütün bu arzulanan səadətə, insan amalının ən yüksək  dəyərlərinə sahib idi Zərifə Əliyeva. Beləcəgüclü ziyası və misilsiz fəaliyyəti ilə adını dünya səhiyyə elminə bəxş edənZərifə xanım Əliyeva, möhtərəm Prezidentimiz İlham Əliyevin qüdrətli xadimliyi iləAzərbaycan tarixində onunneçə əsrlik tarixi dönəmini dəyişməyi bacaran və xalqımızın şanını ucaldaraq şərəfləndirən böyük insanın yetişdiricisi olaraq əbədiləşdi. Zərifə Əliyeva Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi, ömrünün sonunadək xalqın xidmətində olmuş Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz aççışdı. Əlbəttə ki, tibb elminə bəxş etdiyi töhfələri, istedadlı alim, həm ziyalı, həm də fəal ictimai xadim olaraq bu müqəddəs ocaqdan gələn ənənəni, vətəninə, millətinə sevgisindən doğan böyük fəaliyyətləri ilə davam etdirmişdir. Göz insan əzasının ən incə, ən həssas orqanlarındandır. İnsanların həyatını nurlandıran, gələcəyə işıq bəxş edən, elmimizi günəş tək parladan məhz xeyirxahlıq təcəssümlü Zərifə xanım kimi yüksək mənəviyyat sahiblərindən biri ola bilərdi. Onun əvəzsiz tədqiqatları bu gün də tibb elminin böyük nailiyyətlərindən sayılır. Ziyalılarımıza, alimlərimizə hər zaman dəyər verən ölkə başçısı İlham Əliyev demişdir:”Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”. Son dərəcə sadə, təvazökar, lakin bir o qədər də inadkarlığı, qətiyyəti və böyük zəhmətsevərliyi sayəsində dünya şöhrəti qazanmış Akademik  Zərifə Əliyeva tibb sahəsindəki yenilikləri ilə də tanınır.

    1 ixtira, 12 səmərələşdirici təklifin, bir sıra dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olan alim, oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə bu sahənin ən yüksək dərəcəsinə, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadın mütəxəssis olmuşdur. Bütün ömrü boyu xalqına nur bəxş etmiş, öz misilsiz fəaliyyəti ilə xidmət göstərmiş Zərifə Əliyeva çox sevdiyi Azərbaycanımızınişıqlısabahlarına bu gün də  onların gözü ilə şahidlik etməkdədir. Ulu Öndər Heydər Əliyevdən miras Azərbaycanımızın yüksəlişə doğru addımlarını və möhtərəm Prezidentimiz İlham Əliyevin işıqlı gələcək naminə  müstəsna xidmətləri onun ruhunu hər zaman şad edir. Zərifə Əliyeva kimi Azərbaycan eliminin inkişafındakı xidmətləri, böyük fəaliyyəti iz qoyandəyərli ziyalılarımız və alimlərimizhər zaman yaddaşlarda qalacaq, bu günümüz və gələcək nəsillər üçün örnək olacaqdır. 


    Nəzakət Quluqızı;

    Neftçala rayonu, ictimai fəal 







    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024