Azərbaycanda Ramazan bayramı qeyd olunur 

    ÖLKƏ

    10 Aprel 2024 | 09:47

    Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.

    Pressa xəbər verir ki, Ramazan bayramının namazı aprelin 10-da saat 08:00-09:00 aralığında qılınacaq.

    Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.

    Baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

    Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 12-si qeyri-iş günü, aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

    Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 15-dən ölkə ərazisində rəsmi iş günüdür.



    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024