Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək azalıb 

    İQTİSADİYYAT

    15 Aprel 2024 | 15:00

    Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-mart aylarında 4,5 milyon ton yük, 1881,3 min sərnişin daşınmış, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,3%, sərnişin daşınmasında isə 24,6% artım müşahidə olunub.

    Bu barədə Pressa Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, orta hesabla sutkada 355 vaqon yüklənilib, 416 vaqon isə boşaldılıb.

    “Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.




    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024