Azərbaycan və Konqo arasında yeni səhifə  - ŞƏRH

    SON XƏBƏRLƏR, SİYASƏT

    08 Aprel 2024 | 09:47

    Azərbaycan və Konqo Respublikaları arasında imzalanmış əməkdaşlıq haqqında Bəyannamə ölkələrimizin xarici, iqtisadi və siyasi münasibətlərində yeni səhifə açacaqdır

    Əlbəttə ki, ölkələrin inkişafı üçün ticarət sahəsində əməkdaşlıq olduqca vacib məsələlərdəndir. Lakin dövlətin yüksək inkişafının digər göstərgisi də onun yürütdüyü xarici siyasətlə ölçülür.

    Belə ki, Azərbaycanın ölkə maraqları çərçivəsində region və  regiondan kənar siyasəti dövlətin siyasi inkişafına xidmət edir ki, bu da xarici siyasət istiqamətində vacib reallıqlardan biridir. Təsadüfü deyildir ki, Azərbaycanın dünya xarici siyasətinə bəxş etdiyi yeni reallıqlar, regionda və dünyada bır sıra yeniliklərə yol açmışdır. Bu da ölkəmizi bir çox vacib məsələlərdə söz sahibinə çevirmişdir. Bu günlərdə Konqo Demokratik Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk rəsmi səfəri mühüm tarixi hadisə idi. Səfər zamanı Möhtərəm Prezident cənab İlham Əliyev və ali qonaq arasında hər iki ölkə üçün vacib olan qarşılıqlı siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunmuş, BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq münasibətlərinə aydınlıq gətirilmişdir. Mətbuata verilmiş birgə bəyanat zamanı prezidentlər hər iki ölkənin beynəlxalq təşkilatlarda fəaliyyətində qarşılıqlı dəstək və qarşılıqlı əlaqələrin davam etdiriləcəyini bildirmişlər.


    Görüş zamanı möhtərəm ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın xarici siyasətdəki uğurlarından danışarkən, bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etdiyi  Qoşulmama Hərəkatında Azərbaycana Konqonun dəstəyini hər zaman hiss etdiyini xüsusi olaraq qeyd etmiş, çıxışında, həmçinin bir müddət əvvəl ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi olan dünyada baş verən yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizədə mövqeyini və önəmli fikirlərini də xüsusi olaraq vurğulamışdır. Ölkə başçısı ölkəmizin xarici siyasətdə uğurlarının  davamı kimi bu il Azərbaycanda keçiriləcək COP29-un önəmindən də danışmışdır. O demişdir: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”. Qeyd edək ki, Azərbaycan və Konqo Prezidentlərinin 4 aprel tarixi görüşündə aşağıdakı mühüm sənədlər imzalanmışdır: “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”. Bütün bunları nəzərə alsaq, Azərbaycan və Konqo arasındakı əlaqələrin ölkəmizin xarici, iqtisadi və siyasi münasibətlərində yeni səhifə açacağına inanırıq.


    Şəkəralı İsmayılov;

    Neftçala rayon gənci, Vətən Müharibəsi iştirakçısı





    XƏBƏR LENTİ

    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024