Azərbaycan millisi FİFA reytinqində irəliləyib 

    İDMAN

    04 Aprel 2024 | 14:35

    FİFA milli komandaların aprel ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlayıb.

    Pressa xəbər verir ki, Azərbaycan milli komandası əvvəlki kimi 1177,83 xala malikdir.

    Amma yığma bir pillə irəliləyərək 112-ci yerdə qərarlaşıb. Fevral yeniləməsindən sonra milli FİFA mini-turnirlər seriyası çərçivəsində Monqolustan (1:0) və Bolqarıstanla (1:1) qarşılaşmışdı.

    Azərbaycanın ən yaxın təqibçisi Toqo (1170,34), bir pillə aşağıda isə Konqo (1179,8) yığmasıdır.

    Millinin Millətlər Liqasının C1 qrupunda yer alan rəqibləri belə sıralanıb: İsveç – 27-ci (1531,68), Slovakiya – 48-ci (1461,55), Estoniya – 123-cü (1141,13).

    FİFA reytinqinə Argentina (1858) millisi başçılıq edir.

    Fransa (1840,59) ikinci, Belçika (1795,23) isə üçüncü pillədədir.





    XƏBƏR LENTİ

    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024