Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşib 

    ÖLKƏ

    18 Aprel 2024 | 13:05

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Pressa-nın xəbərinə görə, mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3-dən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikllər (konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan və digərləri) üçün idxal gömrük rüsumu 15 faiz olacaq.

    Maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər üçün də 15 faiz idxal gömrük rüsumu müəyyənləşib.

    Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.




    XƏBƏR LENTİ

    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024