Şevçenko Polşa millisini çalışdıracaq

    İDMAN

    24 Yanvar 2022 | 09:46

    “Cenoa”dan istefaya göndərilən Andrey Şevçenkonun yeni komandası müəyyənləşmək üzrədir.

    Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis Polşa millisinə rəhbərlik etməyə razılıq verib.46 yaşlı çalışdırıcı Polşa Futbol Assosiasiyası ilə müqavilənin bütün şərtlərini artıq razılaşdırıb. Anlaşmaya əsasən, Şevanın illik maaşı 2,5 milyon avro olacaq. Vəsaitin bir hissəsini assosiasiya, qalan hissəsini isə sponsorlar ödəyəcək.

    Şevçenko noyabrdan yanvarın ortalarına kimi çalışdırdığı “Cenoa” ilə müqaviləyə xitam verilməsi ilə bağlı bəzi nüansları aradan qaldırdıqdan sonra Polşa millisinin sükanı arxasına keçəcək. O, daha əvvəl Avropa çempionatının 1/4 final mərhələsinə qədər daşıdığı Ukrayna yığmasını çalışdırıb.

    Qeyd edək ki, Polşa millisi DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Rusiya ilə qarşılaşacaq.. Komandalar arasında görüş martın 24-də Moskvada baş tutacaq.

     



    XƏBƏR LENTİ

    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024