Türkiyə ABŞ-dan 40 ədəd "F-16" almaq istəyir

    DÜNYA

    02 Dekabr 2021 | 15:22

    “F-35 təyyarəsi almamıza maneə yaradıldı. ABŞ-dan 40 ədəd F-16 döyüş təyyarəsi tələb etdik”.

    Pressa-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində bildirib.

    H.Akar qeyd edib ki, Türkiyə və ABŞ Müdafiə Nazirliklərinin nümayəndə heyətlərinin oktyabr-noyabr aylarında keçirilən görüşlərində Türkiyə ordusunun ehtiyac və tələbləri ifadə olunub:

    “Modernləşdirilmiş yeni F-16-ların təkcə Türkiyə Silahlı Qüvvələrinin (TSK) deyil, eyni zamanda NATO-nun qüdrətlənməsinə də faydası olacağını nümayəndə heyətinin diqqətinə çatdırdıq”.

    H.Akar deyib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ordusununun bu ehtiyaclarını qarşılamaq üçün ABŞ konqresinin təsdiqindən sonra mümkün olacağını bildirib:

    “Əlaqələrimiz davam edir. Biz danışıqlar zamanı öz mövqeyimizi aydın şəkildə ortaya qoymuşuq.Görüşlərimizin davam etdirilməsi razılaşdırılıb. Önümüzdəki aylarda yenidən görüş keçiriləcək”.

     



    XƏBƏR LENTİ

    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024