Rusiya aviaşirkəti Bakı-Sankt-Peterburq marşrutu üzrə birbaşa uçuşlara başlayır

    DÜNYA

    30 Iyun 2022 | 14:20

    Rusiyanın “UTair” aviaşirkəti iyuldan Bakı-Sankt-Peterburq marşrutu üzrə birbaşa uçuşlara başlayır.

    Pressa aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə şirkətinin prezidenti Oleq Semenov bildirib.
    “Bu il biz Azərbaycana marşrut şəbəkəsini xeyli genişləndirmişik. İlin əvvəlindən Moskvadan Gəncə və Naxçıvana, Moskva, Surqut və Tümendən isə Bakıya birbaşa reyslər açılıb. İyun ayında Qroznı və Ufadan Bakıya aviareys açdıq, iyuldan isə Sankt-Peterburqdan uçuşlara başlamağı planlaşdırırıq. Biz yeni marşrutlar açmağa davam edəcəyik ki, sərnişinlərimiz həm Rusiyada, həm də MDB məkanında sərbəst şəkildə birbaşa uçuşlar həyata keçirə bilsinlər”, - Oleq Semenov bildirib.Bakı-Sankt-Peterburq istiqamətində reyslər bazar ertəsi və cümə günləri Boeing 735 təyyarələri ilə həyata keçirəcək.



    XƏBƏR LENTİ

    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024