Kreml: Faktiki NATO ilə qarşıdurmadayıq, qismən səfərbərlik qərarına səbəb budur

    DÜNYA

    22 Sentyabr 2022 | 14:44

    “De-fakto Rusiya NATO il' qarşıdurmadadır. Bu, qismən səfərbərlik elan etmək zərurətinə səbəb olub”.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, qismən səfərbərlik elan edildikdən sonra da Ukraynadakı "xüsusi əməliyyat"ın statusu dəyişməyəcək və müharibə sayılmayacaq.

    Peskov onun da bildirib ki, hökumət qismən səfərbərlikdən kimin möhlət hüququna malik olduğunu müəyyən edən sənəd hazırlayır.

    Kremlin sözçüsü aeroportlarda yaşanan ajiotajla bağlı məlumatların çox şişirdildiyini söyləyib.



    XƏBƏR LENTİ

    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024