TƏBİB rəsmisi: “Yoluxma sayındakı azalmalarda vaksinasiyanın rolu yüksəkdir”

    ÖLKƏ

    14 Iyun 2021 | 18:01

    “Gündəlik yoluxma sayından və xüsusi olaraq aparılan testlərdəki pozitivlik əmsalından bunu müşahidə edə bilərik ki, gündəlik yoluxmalar aşağı düşüb”.

    Bunu Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib.

    Onun sözlərinə görə, bunun nəticəsi olaraq ölüm halları da minimum səviyyə kimi enib:

    “Gündəlik ölüm sayının azalması ölkədə pandemiya ilə əlaqəli aparılan mübarizənin effektivliyi ilə əlaqəlidir. Burada vaksinasiyanın rolunu da mütləq şəkildə vurğulamalıyıq”.

    “Hazırda ölkəmizdə çox uğurlu şəkildə, sürətlə koronavirus əleyhinə kütləvi vaksinasiya prosesi davam etdirilir. Nəticəsini bugünkü yoluxmalardan, xəstəlik hallarından və ölüm hallarından görə bilirik”, - deyə TƏBİB rəsmisi qeyd edib.

    Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin azalıb. Hətta ötən gün COVID-19-dan ölüm halı qeydə alınmayıb.

    Xatırladaq ki, bu günə qədər ölkədə 335 171 nəfərə virusa yoluxub. Onlardan 328 580 nəfəri artıq sağalıb. Ümumi yoluxanlardan 4 953 nəfər dünyasını dəyişib. Hazırda 1 638 aktiv koronavirus xəstəsi var.

    Son məlumata görə, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 775 319-dur. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 810 857, ikinci mərhələ üzrə isə 964 462 nəfər təşkil edir.



    XƏBƏR LENTİ

    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024