Süd və süd məhsulları alarkən bu detala diqqət edin!

    SON XƏBƏRLƏR

    02 Iyun 2023 | 15:11

     “Süd məhsulları alarkən etiketlərdəki yağ, duz və şəkər miqdarı yoxlanılmalı, az yağlı, az duzlu və şəkərsiz olanlara üstünlük verilməlidir. Xüsusilə uşaqların və yaşlı insanların qidalanması zaman çox vacibdir”.

    Bunu türkiyəli diyetoloq Yasemin Tuncer deyib.

    O bildirib ki,süd və süd məhsullarının yüksək keyfiyyətli zülal, kalsium, fosfor, sink, B1, B2, B6, B12 və niasin də daxil olmaqla bir çox qida maddəsi üçün əhəmiyyətli qaynaqdır. Süd yağında A, D, E və K vitaminləri mövcuddur. Südə sarımtıl rəng verən karotenoidlər, floresan rəngini verən B2 vitaminidir (riboflavin). Südün yağı nə qədər az olarsa, yağda həll olunan vitaminlərin miqdarı da bir o qədər az olur.

    Mütəxəssis qeyd edib ki, zənginləşdirilməmiş süddə D vitamini çox aşağı olur. Bütün yaş qruplarından olan şəxslər, xüsusən də uşaqlar və gənclər, reproduktiv yaşda olan qadınlar və yaşlılar hər gün süd və məhsulları yeməlidirlər.

    “Süd və süd məhsulları xüsusilə, uşaq və yeniyetmələrdə sümük və dişlərin sağlam inkişafı, böyüklərdə ürək-damar xəstəlikləri, insult, yüksək qan təzyiqi, II tip diabet, osteoporoz, kolon xərçəngi və bədən çəkisinin idarə olunması üçün faydaldır. Bu qidalarda doymuş yağ turşuları və xolesterin var. Amma yaxşı olar ki, mağazada istifadə müddəti çox olan süd məhsulları əvəzinə ev üsulu ilə hazırlanmış təbii məhsullara üstünlük verilsin. Pəhrizlə yağ və xolesterol qəbulunu məhdudlaşdırmalı olan şəxslər az yağlı (1 faiz) və ya yağsız süd, qatıq və pendirə üstünlük verməlidirlər. Pendirin duz tərkibi yüksək olduğu üçün tərkibindəki duzun miqdarına da fikir vermək lazımdır”,-deyə həkim bildirib.

    Onun sözlərinə görə, süd məhsulları alarkən etiketlərdəki yağ, duz və şəkərin miqdarı yoxlanılmalı və az yağlı, az duzlu və şəkərsiz olanlara üstünlük verilməlidir.



    XƏBƏR LENTİ

    18 Mart 2024
    17 Mart 2024
    16 Mart 2024
    15 Mart 2024
    14 Mart 2024
    13 Mart 2024
    12 Mart 2024
    11 Mart 2024