Sabah 30° isti olacaq 

    ÖLKƏ

    18 Aprel 2024 | 15:50

    Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb.

    Pressa Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.



    XƏBƏR LENTİ

    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024