ARB-dən ötən gün yayımlanan “Həmin Zaur” verilişi ilə bağlı AÇIQLAMA

    ÖLKƏ

    01 Dekabr 2021 | 16:02

    “ARB Media Qrup” sosial şəbəkələrdə “Həmin Zaur” verilişi ilə bağlı səsləndirilən əsassız iddialarla əlaqədar açıqlama yayıb.

    Kanalın mətbuat katibi Mail Əsgərov bildirib ki, ARB televiziyası ötən gün baş verən Qaraheybət faciəsi ilə əlaqədar “Həmin Zaur” verilişinin kontentində köklü dəyişikliklər edib.

    “Belə ki, verilişdə şou və əyləncə ləğv edilərək, vətənpərvər musiqi və muğamla əvəz edilib. Lakin buna baxmayaraq, sosial şəbəkədə kanala qarşı qara piar aparılıb.

    Xatırladaq ki, Vətən müharibəsindən əvvəl və sonra da daim şəhidlər və qazilərlə bağlı mövzulara həssas yanaşmağımız tamaşaçılarımıza məlumdur. 

    “ARB Media Qrup” şəhid və qazilərimizin qəhrəmanlıqlarına 510 süjet, film və mütəmadi olaraq bir sıra verilişlər həsr edib. Bu ənənəmiz fəaliyyətdə olduğumuz müddətdə davam edəcək”, - deyə kanalın rəsmisi bildirib.



    XƏBƏR LENTİ

    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024