Litva teatrlarında Azərbaycan müəlliflərinin əsərləri tamaşaya qoyulacaq

    MƏDƏNİYYƏT

    22 Sentyabr 2022 | 11:08

    Mədəniyyət naziri Anar Kərimov Litvanın ölkəmizdəki səfiri Egidius Navikasla görüşüb.

    Nazirlikdən verilən xəbərə görə, diplomatı salamlayan Anar Kərimov Azərbaycan və Litva arasında dərin tarixi münasibətlərin olduğunu bildirib.İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir gələcəkdə də bu əlaqələrin daha da dərinləşməsinə səy göstəriləcəyi vurğulayıb.

    Səfir Egidius Navikas mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib, muzey və kitabxana sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

    Görüşdə Azərbaycan və Litva müəlliflərinin əsərlərinin qarşılıqlı olaraq iki ölkənin teatrlarında nümayişi ilə bağlı razılıq əldə olunub.



    XƏBƏR LENTİ

    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024