"Virtual Azərbaycan Qrup of Kompani" dövlət qurumundan müsbət rəy alıb

    SON XƏBƏRLƏR

    18 Iyun 2020 | 15:14

    "Virtual Azərbaycan Qrup of Kompani" MMC proqram təminatı üçün Meliorasiya və Su Təsərrüfatı ASC-dən müsbət rəy alıb.

    Belə ki, şirkət HR (insan resurlarının idarə edilməsi), Elektron Sənəd Dövriyyəsi, Meliorasiya və su təsərrüfatı obyektlərinin kadastr məlumatı və xəritəsi, subartezian quyularının SCADA sistemi ilə idarə edilməsi, sudan istifadə edənlər birliklərinin ödəmə sisteminin tətbiq edilməsi işlərini həyata keçirəcək.

    Şirkət  2017-ci ildən yaratdığı müasir elektron təminatları vasitəsi ilə idarəetmənin avtomatlaşdırılması və optimallaşdırılması işlərini həyata keçirir.

    Qeyd edək ki, 2014-ci ildən fəaliyyətə başlayan "Virtual Azərbaijan Group of Company" şirkəti hazırda Azərbaycanda İT sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir.

    Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işlərin avtomatlaşdırılmasına və məhsuldarlığının, effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir.



    XƏBƏR LENTİ

    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024