2021-04-15 17:37

Foden Mbappenin uğurunu təkrarladı

"Mançester Siti"nin futbolçusu Fil Foden PSJ-nin hücumçusu Kilian Mbappenin rekordunu təkrarlayıb.

Pressa xarici mətbuata istinadən xəbər verir ki, o, buna Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sı ilə hər iki matçda (2:1, 2:1) qol vurmaqla nail olub. Bununla da, 20 yaşlı yarımümdafiəçi  ÇL-də 1/4 finalda oynadığı hər iki görüşdə fərqlənən yaşı 21-dən az olan ikinci oyunçu olub.

Bundan əvvəl bu nailiyyətə PSJ-nin hücumçusu Kilian Mbappe (2016/2017 mövsümn, "Borussiya" ilə oyunlar) imza atıb.
SON XƏBƏRLƏR


Yuxarı