2021-04-14 12:10

Azərbaycanda pandemiyadan zərər çəkən sahibkarlara növbəti maliyyə dəstəyi göstərilib

Pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 185 856 muzdlu işçini əhatə edən 20 442 vergi ödəyicisinə 41 753,0 min manat həcmində maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyindən Pressa-ya verilən məlumata görə, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 84 632 fərdi (mikro) sahibkara 30 198,4 min manat maliyyə dəstəyi göstərilib.

Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən vergi ödəyicilərinin bank hesablarına köçürülüb.
SON XƏBƏRLƏR


Yuxarı