2021-01-11 12:38

Həftəsonu postları icazəsiz keçməyə cəhd edənlər saxlanıldı - RƏSMİ

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərdə və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2021-ci il 9-10 yanvar tarixlərində nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 3521 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5083 nəfər barəsində inzibati tənbeh, dörd nəfər barəsində isə inzibati həbs tədbiri tətbiq olunub. 
SON XƏBƏRLƏR


Yuxarı