2021-01-01 15:49

İranda daha 114 nəfər pandemiyanın qurbanı olub

İranda son sutkada 6 286 nəfərə COVID-19 diaqnozu qoyulub.

Pressa xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, ölkədə eyni dövr ərzində 114 nəfər koronavirusun qurbanı olub.

Beləliklə, İranda indiyədək 1 231 429 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 55 337 nəfər ölüb, 995 570 nəfər sağalıb.

Hazırda ölkədəki aktiv xəstələrdən 5 013 nəfərin vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
SON XƏBƏRLƏR


Yuxarı