2020-11-20 12:02

Millimizin futbolçusu Superliqa klubunun düşərgəsində olub

"Sumqayıt”ın yarımmüdafiəçisi Rüfət Abdullazadə təcrübə məqsədi ilə 1 həftə müddətində Türkiyənin Superliqa təmsilçisi "Fatih Karagümrük” klubunun düşərgəsində olub.

Pressa xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, "Sumqayıt” gənc futbolçuların xarici klublarda təcrübə toplaması ilə bağlı bu tip layihələri davam etdirməkdədir.

Xatırladaq ki, bir müddət əvvəl daha bir futbolçu – Səbuhi Abdullazadə də ötən il eyni məqsədlə Xorvatiyanın "Osiyek” klubunun düşərgəsinə yollanmışdı.
SON XƏBƏRLƏR


Yuxarı