2020-10-07 12:54

Düşmən öz tanklarını atəşə tutdu: Ekipaj məhv edildi - RƏSMİ

Məlum olduğu kimi, düşmənin üç tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq, ön xəttə doğru irəliləyib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, lakin ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.

Məlumatlara görə, "dəqiq” zərbə ilə bir tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.
SON XƏBƏRLƏR


Yuxarı