Zelenski NATO-ya sürətləndirilmiş üzvlüklə bağlı ərizəni imzalayıb

    DÜNYA

    30 Sentyabr 2022 | 18:26

    Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb.

    Pressa xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.

    Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO alyansının bir hissəsidir.

    “Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir... Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, - Zelenski deyib.

    Zelenski qeyd edib ki, Ukrayna de-fakto NATO-da öz yolunu keçib: “De-fakto, biz artıq Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.

     



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024