Yuventus” son 63 ildə ən ağır məğlubiyyətini alıb

    İDMAN

    24 Noyabr 2021 | 09:52

    Italiyanın “Yuventus” klubu Çempionlar Liqasında son 63 ildə ən ağır məğlubiyyətini alıb.

    Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi qrup mərhələsinin V turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzub.

    “Ağ-qaralar” qitənin ən nüfuzlu klub turnirində belə ağır məğlubiyyəti sonuncu dəfə 1958-ci ildə yaşayıb. Çempionlar kuboku adlanan yarışda Avstriya “Viner”i “Yuventus”u 7:0 hesabı ilə darmadağın edib.

    Ümumilikdə isə turinlilər son 17 ildə ilk dəfə 4 top fərqi ilə məğlub olub. 2004-cü ilin fevralında “Roma” A seriyasının görüşündə 4:0 hesablı qələbə qazanıb.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024