Yunanıstan - Azərbaycan matçının hakimləri bəlli olub

    İDMAN

    30 Sentyabr 2022 | 09:56

    Futzal üzrə Azərbaycan millisinin Afinada Yunanıstana qarşı keçirəcəyi 2024-cü il dünya çempionatının əsas mərhələ oyununu idarə edəcək hakimlər açıqlanıb.

    Pressa xəbər verir ki, görüş İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Matçın referisi Ademir Avdiçə David Qlavonyiç və Georgi Yansizian köməklik göstərəcəklər.

    Görüşün hakim-inspektoru sloveniyalı Vilvo Boroşak, UEFA nümayəndəsi isə niderlandlı Artur Admiral olacaq.

    Qeyd edək ki, oktyabrın 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024