Yüksək nailiyyətlər qazanan idmançı - Əmrah Nağıyev - FOTOLAR

    İDMAN

    30 Mart 2024 | 15:20

    Hər bir ölkə, eləcə də xalq üçün  sağlamlıq ən əsas vəzifə hesab edilir. Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. 
     
    Pressa
     tanınmış atletika ustası Əmrah Nağıyevlə bağlı maraqlı məlumatları oxuculara təqdim edir.

    Əmrah Nağıyev 1999-cu ildə Ordubad rayonunda anadan olub. O, uzun illərdir yüngül atletika növü ilə məşğul olur. Bu müddət ərzində bir sıra uğurlara imza atıb. Ümumilikdə bugünə kimi müxtəlif beynəlxalq yarışlarda 56 qızıl, 22 gümüş, 12 bürünc medal qazanıb.
     
    2020-ci ildə Azərbaycanda İdman Ustası Fəxri adına layiq görülüb.
     
    Gənc idmançı Əmrah Nağıyev bu gün yüngül atletikada Naxçıvanın idmanını uğurla təmsil edir.
     
    Hazırda kariyerasını baş məşqçi kimi davam etdirir.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024