“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib

    SON XƏBƏRLƏR, ÖLKƏ

    23 Iyul 2021 | 18:25

    “Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib.

    Pressa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası qərar qəbul edib.

    Təlimatda edilən dəyişikliyə görə, patrul avtomobili dayandırılmış nəqliyyat vasitəsinin arxasında saxlanılmalıdır.

    Sənədə əsasən, yol şəraiti və hərəkət intensivliyi nəzərə alınmaqla patrul avtomobili dayandırılmış nəqliyyat vasitəsinin qarşısında da saxlanıla bilər. Nəqliyyatın hərəkəti üçün maneə və ya əməkdaş üçün təhlükə yarandığı hallar istisna olmaqla, əməkdaş dayandırılmış nəqliyyat vasitəsinin önündə və ya arxasında durmamalıdır.

    Qərar respublika daxili işlər orqanlarında elan edilib.

    Qeyd edək ki, bu dəyişikliyə qədər patrul avtomobili dayandırılan nəqliyyat vasitəsinin arxasında saxlanılmamalı idi. Əməkdaşın dayandırılmış nəqliyyat vasitəsinin önündə və ya arxasında durması tövsiyə olunmurdu.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024