Yerli media nümayəndələri üçün faydalı olan “Az-Media” qrupu yaradıldı 

    ÖLKƏ

    14 Iyun 2021 | 14:48

    Jurnalistlərin və media nümayəndələrinin peşə fəaliyyətini asanlaşdırmaq və onların məlumat mübadiləsini əlçatan etmək üçün yaradılan qrup qısa zamanda ölkənin ən böyük qrupuna çevrildi. 

    Pressa xəbər verir ki, “Whatsapp” platforması üzərində yaradılan “Az-Media Müzakirə” qrupu qısa zaman içərisində ölkənin ən böyük qrupuna çevrildi və populyarlıq qazandı. 

    Belə ki, bir qrup media nümayəndəsi tərəfindən yaradılan qrup artıq maksimum istifadəçi sayına çatdığı üçün artıq “Facebook” üzərindən də yeni qrup formalaşdırmağa başlayıb. Qrup yaradıcılarından olan tanınmış fotoqraf Valeh Arifoğlu bildirib ki, bu qrupun qısa zaman içərisində belə populyarlıq qazanacağı onun üçün də gözlənilməz olub: 

    “Qrupu bir neçə həmkarımızla birlikdə yaratdıq. Yaratmaqda məqsədimiz jurnalistlərin, media nümayəndələrinin birliyini, həmrəyliyini təşkil etmək, onların məlumat mübadiləsini asanlaşdırmaq, media sahəsində olan vakansiyaları onlarla bölüşmək, işsiz həmkarlarımızın işlə təmin olunmasına dəstək vermək idi. Qısa zaman içərisində həmkarlarımız tərəfindən rəğbətlə qarşılanacağını gözləmirdik. Çox sevindirici haldır ki, artıq qrup hər kəsin daim köməyinə çatan işlək bir mexanizm halına gəlib. Lakin “Whatsapp”-ın qrup üzvlərinin sayına tətbiq etdiyi limit bizi çox məyus etdi. Çünki qrupa üzv olmaq istəyən onlarla, yüzlərlə həmkarımızı qrupa əlavə edə bilmirik. Ona görə də qərar verdik ki, qrupun fəaliyyətini daha da genişləndirək, daha da təkmilləşdirək. Bu səbəbdən “Facebook” üzərindən yeni qrup yaratdıq. “Facebook” üzərindən yeni yaratdığımıq qrup da artıq media nümayəndələri çox xoş qarşılandı. Ümid edirik ki, bu həm ölkə mətbuatı üçün, həm həmkarlarımız üçün çox faydalı olar”. 
     

    “Az-Media” qrupunun yaradıcılarından olan journalist Rövşən Əsədov bildirib ki, qrup media nümayəndələri üçün olduqca faydalıdır: 

    “Qrup yarandığı ilk günlərdən rəğbət qazandı və həmkarlarımız üçün çox faydalı oldu. Onlar qrup vasitəsilə gün ərzində baş tutacaq tədbirlər, konfranslar barədə bir-birlərini məlumatlandırırlar, tanınmış ictimai-siyasi xadimlərin əlaqə vasitələrini asanlıqla əldə edə bilirlər. Eyni zamanda onlar qarşılaşdıqları çətinlikləri qrupda bildirərək digər həmkarlarımızdan dəstək də ala bilirlər. Biz də yerli media orqanlarında olan vakansiyaları onlarla bölüşürük, həmkarlarımıza maksimum dəstək olmağa çalışırıq. Bəzən çoxsaylı yazışmalar digər qrup üzvlərini rahatsız edir, bu səbəbdən qrupda ciddi nizam-intizam qaydaları tətbiq etmişik. Gələcəkdə həmkarlarımızın qarşılaşdığı çətinliklərlə bağlı ciddi adımlar atmaq üçün qrupun fəaliyyətini rəsmiləşdirməyi də düşünürük”.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024