Yeni nazir: "Əminəm ki, idmanda növbəti nailiyyətləri əldə edə bilərik"

    İDMAN

    13 Sentyabr 2021 | 09:59

    "Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir".

    Pressa-nın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov feysbuk səhifəsində yazıb.

    "Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm", - nazir vurğulayıb.

    Qeyd edək ki, Fərid Qayıbov sentyabrın 7-də gənclər və idman naziri təyin edilib.



    XƏBƏR LENTİ

    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024