“YAŞAT düşərgəsi”nə  “Shokki Mokki”dən dəstək

    ÖLKƏ

    03 Avqust 2021 | 09:29

    Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin övladları üçün yay düşərgələri təşkil edilib. Hər zaman bu cür layihələrdə yaxından iştirak edən “Azərsun Holdinq” bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilmiş bu layihəyə uşaqların sevimli markası olan “Shokki Mokki” markası ilə qatılıb.

    “Xoşbəxt böyüyən sabahlar!” sloqanı ilə fəaliyyətini davam etdirən “Shokki Mokki”nin  qəhramanları olan pandalar uşaqlara hədiyyələr təqdim edərək onlara əlavə sevinc bəxş ediblər.

     Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramı təşkil edilir.

    Qeyd edək ki, üzərində “Made in Azerbaijan” yazısını şərəflə daşıyan “Shokki Mokki” markası ölkə daxilində sevilməklə bərabər sərhədlərimizin hüdudlarından kənarda da rəğbətlə qarşılanır. Azərbaycan bazarına daxil olduğu gündən bu milli markamız yüzlərlə məktəbdə uşaqlara yol hərəkət qaydalarının öyrədilməsi layihələr reallaşdırıb.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024