Yarım illikdə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 424 milyon dolları ötüb

    İQTİSADİYYAT

    19 Iyul 2021 | 12:04

    Yanvar-iyun aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 424 milyon dolları ötüb.

    Ukrayna Dövlət Statistika Komitəsindən Pressa-ya bildirilib ki, 6 ayda Azərbaycan bu ölkəyə 204,9 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 219,7 milyon dollar olub.

    Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.

    Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024