Yaqut Qarayeva: “Son günlərdə yoluxma sayı 5 faiz artıb”

    ÖLKƏ

    26 Iyul 2021 | 15:17

    Son günlərdə yoluxma sayı 5 faiz artıb.

    Pressa xəbər verir ki, bu sözləri operativ qərargahın keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

    O bildirib ki, son dövrlərdə yoluxma sayında müşahidə edilən artım bizi narahat edir:

    “Bu gün virusa yoluxanlar arasında yaş faktoru daha çox 30-39 yaş aralığı müşahidə edilir. Yoluxma bu yaş qrupu arasında daha yüksəkdir. Eyni zamanda kişi və qadınlar arasında yoluxma mövcud vəziyyətdə artıq bərabər saydadır”.

    Y.Qarayeva onu da qeyd edib ki, bölgələr üzrə ən çox yoluxma 54 faiz ilə Bakının payına düşür. Paytaxt ərazisində isə Binəqədi rayonunda yoluxma sayı yüksəkdir”.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024