Yaponiya tropik qasırğanın hədəfində: Olimpiadanın cədvəlində dəyişiklik ola bilər - FOTO

    İDMAN

    25 Iyul 2021 | 10:51

    Güclü “Nepartak” qasırğası Olimpiya Oyunlarının davam etdiyi Tokioya leysan yağışlar və böyük dalğalar gətirəcək.

    Pressa Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Sakit okeanda formalaşan tropik qasırğa hazırda Hönşü adası istiqamətində hərəkət edir.

    Bildirilir ki, tropik qasırğa nəticəsində adanın şərqində, həmçinin Yay Olimpiya Oyunlarının keçirildiyi Tokioya 100-150 millimetr yağıntı düşəcək, dalğaların hündürlüyü isə 6-8 metrə çatacaq.

    Qeyd edilir ki, hazırda qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20 metrə, güclü əsdikdə isə 30 metrə çatır. Bildirilir ki, “Nepartak” cari fəsildə Sakit okeanda əmələ gələn sayca səkkizinci tropik qasırğadır və onun daha da güclənəcəyi ehtimal olunur.

    Tokio Olimpiadasının təşkilat komitəsinin bildirdiyinə görə, qasırğa yarışların cədvəlinin dəyişməsinə səbəb ola bilər. Onlardan bir neçəsinin tarixinin iyulun 26-dan sonrakı tarixlərə dəyişdirildiyi artıq elan edilib.

     



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024