Yaponiya millisi antirekord müəyyənləşdirib, ispaniyalı futbolçu rekorda imza atıb

    İDMAN

    02 Dekabr 2022 | 09:27

    Yaponiya dünya çempionatları tarixində yeni antirekord müəyyənləşdirib.

    Pressa "Opta"ya istinadən xəbər verir ki, Asiya təmsilçisi Qətərdə keçirilən mundialda qrup mərhələsinin III turunda İspaniya ilə matçda 18 faiz topa sahib olub.

    Bu turnirlər ərzində qalib gələn komanda üçün antirekorddur.

    İspaniyalı Rodri həmin qarşılaşmada çempionatlar tarixinin rekorduna imza atıb. 26 yaşlı yarımmüdafiəçinin görüşdəki 215 ötürməsinin 204-ü dəqiq alınıb.

    Qeyd edək ki, İspaniyanı 2:1 hesabı ilə üstələyən Yaponiya yığması 1/8 finalda Xorvatiyaya, "buğalar" isə Mərakeşə rəqib olub.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024