Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?

    ÖLKƏ

    25 Noyabr 2021 | 11:06

    “Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi səhər saatlarından etibarən zəifləyib, yağıntı isə günortadan sonra kəsiləcək”.

    Bu barədə Trend-ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

    Rayonlarda isə yağışlı hava şəraiti noyabrın 27-si gündüzədək davam edəcək:

    “27-si gündüz saatlarından etibarən hava şəraiti sabit, əsasən yağmursuz keçəcək” - deyə G.Məmmədova qeyd edib.

    Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024