Xolestrolu aşağı salır, immuniteti gücləndirir - Arı südünün faydaları

    13 Sentyabr 2021 | 17:46

    Su, karbohidrat, protein, yağ, B vitaminləri və müxtəlif minerallarla zəngin arı südü bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

    Pressa medicina.az-a istinadən arı südününü faydalarını təqdim edir:

    Xolestrolu aşağı salır

    Həm heyvanlar, həm də insanlar üzərindəki aparılan çalışmalara görə, arı südü xolesterolu aşağı edir, infarkt riskini azaldır. 2017-ci ildə aparılan bir araşdırmaya görə, 3 ay boyunca gündə təxminən 3 qram arı südü içən insanlarda xolestrol səviyyəsi 11,5 ve 4,8 faiz azalıb.

    Qan təzyiqini aşağı edir

    Aparılan çalışmalarda, arı südünün qan təzyiqini aşağı etdiyi məlum olub.

    Qan şəkərini aşağı salır

    Arı südü oksidatif stressi və iltihabı azaldaraq qan şəkərini və insulin normasını tarazlaşdırır. 2012-ci ildə aparılan bir araşdırmada 6 ay boyunca gündə 3 qram arı südü qəbul edənlərdə qan şəkəri önəmli miqdarda azalıb.

    İmmun sistemini gücləndirir

    Arı südündəki proteinlər və yağ asidləri, infeksiya riskini azaldır, xəstəliklərə qarşı mübarizə aparır.

    Klimaksın simptomlarını azaldır

    Klimaksın ağrı, depressiya və s. kimi yan təsirləri ola bilər.

    2018-ci ildə yayımlanan çalışmada, 12 həftə boyunca gündəlik 800 mq arı südü qəbulu kürək, bel ağrısı və digər narahatlıqları azaltdığı məlum olub.

    Arı südünün yan təsirləri varmı?

    Arı südünün astma, dermatit kimi yan təsirləri var.

    Allergiyası olanlar xüsusən diqqətli olmalıdırlar.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024