Xızıda polis əməkdaşları şəhid ailələri ilə görüşüb

    ÖLKƏ

    19 Iyul 2021 | 12:28

    Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı ərəfəsində rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Pressa-ya verilən məlumata görə, polis işçiləri şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edib, onları təbrik ediblər.

    Görüşdə şanlı ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.

    Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024