Xırdalandakı bu məktəb də distant təhsilə keçdi

    ÖLKƏ

    23 Oktyabr 2021 | 14:06

    Xırdalan şəhər 7 nömrəli tam orta məktəb müəllim və şagirdlər arasında COVID-19-a kütləvi yoluxma səbəbindən distant təhsilə keçib. 

    Bu barədə Pressa-ya Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

    Məktəbdə 15 müəllimdə və 16 şagirddə virus aşkarlanıb. Bu səbəbdən dərslər oktyabrın 19-dan etibarən iki həftəlik distant formada davam etdiriləcək. 

    İdarədən, həmçinin bildirilib ki, bu, Abşeronda bütün məktəb üzrə distant təhsilə keçən ilk təhsil müəssisəsidir. Bundan əvvəl bəzi məktəblərdə koronavirusa yoluxma aşkarlandığından həmin siniflər distant təhsilə keçiriliblər.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024