XİN rəhbəri Azərbaycan-İran münasibətlərindən danışıb: "Qeyri-dost fikirlər diqqətimizdədir"

    SİYASƏT

    05 Noyabr 2022 | 11:50

    “Qonşu ölkələrlə yaxşı münasibətlərimizin olması bizim üçün bir nömrəli prioritetdir. Biz müstəqillik dövründə İran İslam Respublikası ilə yaxşı, xoş qonşuluq münasibətlərinin qurulması istiqamətində ardıcıl addımlar atmışıq. Hesab edirəm ki, bu istiqamətdə bizim birgə uğurlarımız da az olmayıb”.

    Bunu Pressa-nın sualına cavab olaraq xarici işlər naziri Ceyhun Bayramov bildirib.

    Nazirin sözlərinə görə, İranla Azərbaycan arasında bir sıra müsbət layihələr həyata keçirilib - iqtisadi, nəqliyyat, sahəsində, transsərhəd ticarət mövzusunda, Araz çayının birgə istifadəsi və s.

    “İran mediasında Azərbaycan qarşı söylənən fikirlər, qeyri-dost fikirlər təbii ki, Azərbaycan tərəfinin diqqətindədir, bizi narahat edir. Biz XİN səviyyəsində danışarkən bunu açıq şəkildə danışırıq, müzakirə edirik. Mənim iranlı həmkarım, nazir Abdullahiyan bu məsələyə çox həssaslıqla yanaşır və öz səlahiyyətləri çərçivəsində hər zaman Azərbaycan-İran münasibətlərində hər hansı xoşagəlməz halların aradan qaldırılması üçün addımlar atır, mən bunu bir neçə dəfə müşahidə etmişəm. Bizim onunla kifayət qədər intensiv, birbaşa dialoqumuz var. Bir şeyi vurğulamaq istəyirəm ki, münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək kifayət qədər mürəkkəb prosesdir. Nəyisə korlamaq isə daha asandır, nəinki onu bərpa etmək. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq ki, iki ölkə arasında münasibətlər indiyə qədər olan müsbət məcrada davam etdin”, - XİN rəhbəri qeyd edib.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024