XİN: Borrelin ittihamları Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdiddir

    SİYASƏT

    14 Noyabr 2023 | 11:32

    Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir.

    Pressa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə cavabında bildirilib.

    "Bir daha xatırladırıq ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib.

    Aİ üzv ölkələri aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir", - məlumatda vurğulanıb.

       



      XƏBƏR LENTİ

      01 Dekabr 2023
      30 Noyabr 2023
      29 Noyabr 2023
      28 Noyabr 2023
      27 Noyabr 2023
      26 Noyabr 2023
      25 Noyabr 2023
      24 Noyabr 2023