Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib.
Pressa xəbər verir ki, paylaşımda deyilir:
“Türkiyədə yenicə baş verən və çoxsaylı qurbanlara səbəb olan dəhşətli zəlzələdən sonra türkiyəli həmkarım Mövlud Çavuşoğluna dərin hüznlə başsağlığı verdim. Fransa türk xalqının yanındadır".