Xiaomi BCG tərəfindən 2022-ci ilin ən innovativ şirkətlərindən biri adlandırılıb

    SON XƏBƏRLƏR

    22 Sentyabr 2022 | 16:00

    Boston Consulting Group (BCG) Xiaomi-ni "2022-ci ilin 50 ən innovativ şirkəti"ndən biri adlandırdı.

    Bu ad qismən Xiaomi-nin texnoloji innovasiyalara və tədqiqat və təkmilləşdirmə sahəsində potensialının artırılmasına sadiqliyini təsdiq edir. 2022-ci ilin ikinci rübündə şirkətin elmi-araşdırma və təcrübi-dizayn işlərinə sərf etdiyi xərclər keçən illə müqayisədə 22,8 faiz artaraq 3,8 milyard yuana çatıb. Avqust ayında Xiaomi məhsullarının təqdimat mərasimində şirkətin təsisçisi, idarə heyətinin sədri və baş direktoru Lei Jun bildirib ki, 2017-ci ildən bəri Xiaomi-nin tədqiqat və təkmilləşdirmə işlərinə yönəldilən xərcləri orta illik templə 39,7% artıb və 2022-ci ildə 17 milyard yuana, növbəti beş ildə isə 100 milyard yuana çatması gözlənilir. 

    BCG-nin ən innovativ şirkətlər reytinqi əsasən 2021-ci ilin dekabrında və 2022-ci ilin yanvarında qlobal innovativ şirkətlərin 1500-dən çox rəhbərinin cəlb edildiyi sorğu əsasında tərtib edilib. Reytinq şirkətin fəaliyyətini dörd kateqoriya üzrə qiymətləndirir: qlobal məhsul məlumatlılığı, fəaliyyət göstərdiyi sahə üzrə həmkarların rəyi, ənənəvi biznes çərçivələrinin transformasiyası və dəyər yaradılması.
    BCG 2003-cü ildən bəri illik innovasiya hesabatını dərc edir. 2022-ci il siyahısına Microsoft, Alphabet, IBM, Pfizer, Coca-Cola, Tencent və digər şirkətlər daxil olmuşdu.

    Xiaomi insanları xarici dünya ilə daha yaxşı əlaqələndirmək və həyatlarını yaxşılaşdırmaq üçün smartfonlar, daşınan cihazlar, ağıllı ev, ağıllı istehsal, ağıllı elektrik nəqliyyat vasitələri və bionik robotları əhatə edən daim genişlənən texnologiya ekosferası yaradır.

    Xiaomi Corporation
    Xiaomi Corporation (“Xiaomi”) 2010-cu ilin aprelində yaradılıb. 9 iyul 2018-ci ildə səhmlərini Honq-Konq Fond Birjasında (1810.HK) yerləşdirib. Xiaomi internet-şirkəti əsas diqqətini Əşyaların İnterneti (IoT) platforması əsasında smartfon və intellektual avadanlıqların istehsalına yönəldib.

    Xiaomi “İstifadəçilərin üçün dost və onların qəlbində ən yaxşı şirkət olun” düşüncəsinə sadiq qalaraq, innovasiyalara xüsusi diqqət yetirir və yüksək səviyyədə xidmət keyfiyyətini və əməliyyat səmərəliliyini təmin etməyə can atır. Şirkətin missiyası innovativ texnologiyalar sayəsində hər kəsin həyatının yaxşılaşması üçün münasib qiymətə keyfiyyətli məhsullar yaratmağa can atmaqdır.
    Xiaomi – smartfon istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət həmçinin 31 mart 2022-ci il tarixinə olan vəziyyətə görə, platformasına qoşulmuş 478 milyondan çox ağıllı cihaz (smartfonlar, planşetlər və noutbuklar istisna olmaqla) ilə dünyanın aparıcı Əşyaların İnterneti istehlakçı platformasını yaradıb. Xiaomi məhsulları dünyanın 100-dən çox ölkə və bölgəsində mövcuddur. 
    2022-ci ilin avqustunda Xiaomi 226-cı yeri tutmaqla ardıcıl dördüncü il Fortune Global 500 siyahısına daxil edildi.
    Xiaomi həmçinin Hang Seng Index, Hang Seng China Enterprises Index, Hang Seng TECH Index və Hang Seng China 50 Index-də təmsil olunur.

    Bir şirkət olaraq Xiaomi haqqında ətraflı məlumat üçün bu sayta daxil olun: 
    https://www.mi.com/global/discover/newsroom



    XƏBƏR LENTİ

    30 Sentyabr 2022
    29 Sentyabr 2022