Xiaomi 12 Lite Azərbaycanda ilkin sifariş üçün əlçatandır

    ÖLKƏ

    30 Iyun 2022 | 16:29

    Beynəlxalq texnologiya lideri Xiaomi şirkəti ən yeni Xiaomi 12 Lite smartfonu üçün ilkin sifarişlərin qəbuluna başladığını elan edir. Təsirli texnoloji xüsusiyyətlərdən əlavə, Xiaomi 12 ailəsinin yeni üzvü heyrətamiz dizayna, eləcə də inanılmaz dərəcədə nazik və yüngül korpusa malikdir.

    173 qram çəkisi və 7,29 mm qalınlığı ilə Xiaomi 12 Lite bazarda ən nazik və ən yüngül smartfonlardan biridir. Üç heyrətamiz rəngdə təqdim olunan şüşə korpus istənilən obrazı mükəmməl şəkildə tamamlayır. Eyni zamanda, Xiaomi 12 xəttinin unikal dizayn dili dərhal smartfonun xarici görünüşündə nəzərə çarpır və bu, yeni smartfonun milyonlarla qəlbi fəth etməyi bacaran flaqman ailəsinə aid olduğunu səhvsiz tanımağa imkan verir.

    Xiaomi 12 Lite 108 meqapiksellik əsas kamera, 8 meqapiksellik ultra geniş bucaqlı kamera və istənilən çəkiliş bucağından təsvirləri ən incə detallarına qədər aydın çəkmək üçün 2 meqapiksellik makrolinza daxil olmaqla, studiya dərəcəli üçlü kamera sisteminə malikdir. Ön paneldə 32 meqapiksellik ön kamera isə olduqca keyfiyyətli selfilər çəkməyə zəmanət verir.

    Xiaomi 12 Lite həmçinin istənilən mobil oyun həvəskarını sevindirəcək müasir Snapdragon® 778G prosessoru sayəsində ciddi performansı ilə öyünə bilər. Smartfondan istifadə həzzinin mümkün qədər uzun müddət davam etməsini təmin etmək üçün yeni smartfon 4300 mAh tutumlu akkumulyator və cəmi 13 dəqiqə ərzində enerjinin 50%-ni doldurmağa qadir olan 67 vatt sürətli şarjla təchiz edilib. Yeri gəlmişkən, son illərin tendensiyalarının əksinə olaraq, şarj cihazı smartfonla bir komplektdə təqdim olunur.

    Sevimli filmlərinizdən maksimum həzz almaq üçün Xiaomi 12 Lite HDR10+ və Dolby Vision® dəstəyi ilə 6,55 düymlük AMOLED ekran təklif edir. Ekran həmçinin internet və sosial medianı daha hamar çevirməyə imkan verən 120 Hz yeniləmə tezliyinə malikdir. Məzmuna daxil olma effektinin maksimum olması üçün isə Xiaomi 12 Lite məkan səs texnologiyasına malik Dolby Atmos® stereodinamikləri ilə təchiz edilib.
    Xiaomi 12 Lite-ı bu gündən etibarən aşağıdakı ünvanda yerləşən rəsmi Xiaomi Store mağazasından sifariş edə bilərsiniz: Bakı, Park Bulvar 2-ci mərtəbə. 8+128 Gb modifikasiyalı Xiaomi 12 Lite smartfonunun Azərbaycanda satış qiyməti 999 manat təşkil edir. İyunun 30-dan iyulun 8-dək davam edəcək ilkin sifariş müddətində 100 manat endirim əldə etmək mümkün olacaq.
    Xiaomi 12 Lite-ın fotoqalereyası: keçid


    Xiaomi haqqında

    Xiaomi 2010-cu ilin aprelində yaradılıb. 9 iyul 2018-ci ildə şirkət səhmlərini Honq Konq Fond Birjasında (1810.HK) yerləşdirib. Xiaomi internet şirkəti əşyaların İnterneti (IoT) platformasında smartfonların və intellektual avadanlıqların istehsalı üzrə ixtisaslaşıb.

    Yenilik və keyfiyyəti eyni dərəcədə vurğulayan Xiaomi daim yüksək səviyyədə xidmət keyfiyyətini və əməliyyat səmərəliliyini təmin etməyə çalışır. Şirkətin missiyası innovativ texnologiyalar sayəsində hər kəsin həyatının yaxşılaşması üçün daim münasib qiymətə keyfiyyətli məhsullar yaratmağa çalışmaqdır.

    2021-ci ilin ikinci rübünə olan məlumata görə, Xiaomi qlobal smartfon bazarında 2-ci smartfon brendidir. Şirkət həmçinin smartfon və noutbuklar istisna olmaqla, 351,1 milyon intellektual cihaz qoşulmuş dünyanın aparıcı istehlakçı əşyaların İnterneti platformasını yaradıb. Xiaomi məhsulları dünyanın 100-dən çox ölkə və bölgəsində təqdim olunur.

    2021-ci ilin avqustunda Xiaomi üçüncü dəfə Fortune Global 500 siyahısına daxil oldu. Şirkət 2020-ci illə müqayisədə 84 pillə irəliləyərək 338-ci yerdə qərarlaşdı.

    Xiaomi həmçinin Hang Seng Index, Hang Seng China Enterprises Index, Hang Seng TECH Index və Hang Seng China 50 Index-də təmsil olunur.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024