XƏBƏRDARLIQ - Ən çox bu şəxslər yoluxur

    ÖLKƏ

    01 Dekabr 2023 | 13:32

    Ölkə ərazisində qızılcaya yoluxma halları müşahidə edilir. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir.

    Bununla bağlı TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlama verib. Bildirilib ki, xəstəlikdən əsas qorunma üsulu peyvəndlənmədir.

    TƏBİB rəsmisi bildirib ki, ölkə ərazisində qızılcayla bağlı müraciət edənlərin sayı nəzarət altındadır, kritik həddi keçməyib. Hazırda qızılcaya yoluxanlar arasında məktəb və bağçada oxuyanlar üstünlük təşkil edir. 

    Bildirildi ki, hər iki doza peüyvənd almış və ya xəstəliyi keçirmiş şəxslərin yenidən vaksin olunmasına ehtiyac yoxdur.

    Qeyd edək ki, qızılca xəstəliyinə qarşı peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Hazırda ölkəmizdə bütün ailə sağlamlıq mərkəzlərində bu peyvənd mövcuddur və ödənişsizdir.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024