Xaricdə təhsil sənədinin tanınması ilə bağlı müraciətlərin sayı açıqlanıb

    TƏHSİL

    28 Noyabr 2023 | 16:12

    Noyabrın 22-nə qədər xaricdə təhsil sənədinin tanınması ilə bağlı 6 270 müraciət daxil olub.

    Pressa xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

    O bildirib ki, müraciətlərin 5215-ə, yəni 83 faizinə müsbət, 1055-nə (27 faiz) isə mənfi cavab verilib.

    "Qeyri-formal və formal təhsilin tanınmasına gəlincə, bu il ərazində 8 yeni ixtisasın tanınması həyata keçirilib və 108 vətəndaşa 6 diplom və 191 sertifikat verilib. İl sonuna qədər vətəndaş sayının 160-a çatdırılması nəzərdə tutulub".



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024