Xaricdə təhsil alan həkimlər yüksək maaşla tibb müəssisələrinə cəlb olunacaq

    ÖLKƏ

    24 Yanvar 2022 | 12:32

    "Xaricdə təhsil almış həkimlərin tibb müəssisələrinə cəlb olunması proqramına başlanılır".

    Pressa xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. O bildirib ki, bu vacib proqramdır: “Əhali daha çox xaricdə oxuyan həkimlərin qəbuluna olmağa maraq göstərir, buna görə özəl tibb müəssisələrinə üz tuturlar. Bu proqram 2022-2023-cü illəri əhatə edəcək. Əsas gözlənti odur ki, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksələcək. Cərrahi uzmanlara 6500 manatdan, terapevtik ve pediatrik uzmanlara isə 5000 manatdan az olmayaraq əməkhaqqı veriləcək"

    O deyib ki, bir il ərzində bu proqrama 8 milyon manatdan çox vəsait xərclənməsi nəzərdə tutulub. Bu zaman Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki tibb müəssisəsinə üstünlük veriləcək.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024