Xalq artisti Canəli Əkbərov komaya düşüb - FOTO

    MƏDƏNİYYƏT

    21 Oktyabr 2021 | 14:53

    Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb.

     Pressa xəbər verir ki,bunu Reporta açıqlamasında sənətçinin oğlu Sabir Əkbərov deyib.

    "Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır", - o bildirib.

    Qeyd edək ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024