Xaçmazda “Yaz festivalı” işə başlayıb

    ÖLKƏ

    14 May 2022 | 12:15

    Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə Xaçmaz rayonunda “Yaz festivalı” keçirilir.

    Pressa xəbər verir ki, festivalda nazirlik rəsmiləri, alimlər, fermerlər, kənd təsərrüfatı istehsalı vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edir.

    Tədbirin keçirilməsində məqsəd müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarının öz məhsullarını nümayiş etdirməsi, fermerlərin bu məhsullara əlçatanlığının təmin edilməsi, fermer və sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsidir.

    Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə (Mən “Baharı çəkirəm” adlı yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi“, “Bahar 22” müsabiqəsi “Nərd” çempionatı) keçiriləcək və yaxşıların ən yaxşısı seçiləcək. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılacaq.



    XƏBƏR LENTİ

    30 Iyun 2022
    29 Iyun 2022
    28 Iyun 2022
    27 Iyun 2022
    25 Iyun 2022
    24 Iyun 2022
    23 Iyun 2022
    22 Iyun 2022
    21 Iyun 2022
    20 Iyun 2022
    17 Iyun 2022
    15 Iyun 2022
    14 Iyun 2022