Vüqar Həşimov Memorialına qatılacaq şahmatçılar dəqiqləşib

    ÖLKƏ

    02 Dekabr 2021 | 16:58

    Dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə iştirak edəcək şahmatçıları adı məlum olub.

    Yarışın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, iştirakçıların adları bu gün Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan mətbuat konfransında turnirin direktoru Anar Allahverdiyevdən tərəfindən açıqlanıb.

    Qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq.

    Turnirin reytinq favoriti ABŞ təmsilçisi Fabiano Karuana və hindistanlı sabiq dünya çempionu Vişvanatan Ananddır. ABŞ şahmatçısı 2770 reytinq əmsalı ilə rapid, V.Anand isə 2825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.

    Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Qalib hər iki turnirin yekun nəticəsinin cəminə əsasən məlum olacaq. Turnirə “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

    Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

    Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.

     



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024