Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

    İDMAN

    04 Fevral 2023 | 12:54

    Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

    Federasiyadan verilən məlumata görə, qadınlar arasında Yüksək Liqada II dövrənin növbəti matçları fevralın 6-da gerçəkləşəcək

    V turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Murov” və UNEC kollektivlərinin dueli baş tutacaq.

    Fevralın 7-də kişilər arasında Yüksək Liqada V turun oyunları baş tutacaq. Günün ilk matçı saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” - “Neftçi” qarşılaşması keçiriləcək.

    Qeyd edək ki, görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024